“Həmsədrlərlə tərəflər arasında inamın yaradılmasına kömək edirik”

hemsedrlerle-terefler-arasinda-inamin-yaradilmasina-komek-edirik
Oxunma sayı: 825

“Rusiya Qarabağda qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq təhlükəsizlik üzrə 9-cu Moskva Konfransında çıxış edərkən bildirib.

XİN rəhbəri Moskvanın Cənubi Qafqazda dinc həyatın bərpası üçün şərait yaratmaq istiqamətində də bir çox işlər gördüyünü qeyd edib:

“ATƏT-in digər Minsk Qrupu həmsədrləri ilə birlikdə tərəflərin öz aralarında inam yaratmalarına, humanitar layihələrin həyata keçirilməsinə kömək etməyə davam edirik”.