Həmyerlimiz ifası ilə israilli münsifləri heyrətləndirdi - Video

hemyerlimiz-ifasi-ile-israilli-munsifleri-heyretlendirdi
Oxunma sayı: 3496

İsraili “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üçün “X Factor”da seçim turu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, seçim turuna illər əvvəl İsrailə köçən həmyerlimiz Kama Kamila da qatılıb.

O, yarışmada Azərbaycan, ingilis və ivrit dillərində ifa edib. Kamila ecazkar səsi ilə münsifləri və tamaşaçıları heyrətləndirməyi bacarıb. 

Qeyd edək ki, “X Factor Israel” musiqi yarışmasının qalibi İsraili 2022-ci ildə Avroviziyada təmsil edəcək.

Həmyerlimizin çıxışını təqdim edirik: