Cənubi Azərbaycandan olan İbrahim Purkazeminin “O səs Türkiyə”də növbəti çıxışı tutub.
“Qafqazinfo”nun məlumatına görə, həmyerlimiz Emre və Semih adlı iştirakçılarla duet oxuyub.
Onlar Sezen Aksunun “Gidemem” mahnısını ifa ediblər.
Qrup rəhbərləri Gökhan-Hakan Özoğuzlar bütün iştirakçıların ifasını bəyənib, sonda isə Emreni seçiblər.
Azərbaycanlı iştirakçı yarışma ilə vidalaşıb.
Son xəbərlər
Son Xəbərlər