Həmyerlimiz qızıl medalla döndü

hemyerlimiz-qizil-medalla-dondu
Oxunma sayı: 655

“Qafqazinfo”nun “Gənclər və İdman nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, turnirdə 7 ölkədən, o cümlədən Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, İordaniya, Kiprdən 255 gənc idmançı iştirak edib.
Oğlanlardan 69-u şpaqa növündə yarışıb. Bu növdə iştirak edən 3 idmançımızdan 3-ü də ¼ finala çıxıb. Yarımfinala çıxmaq üçün Kənan Əliyev Fərid Məmmədovu məğlub edib. Fərid Məmmədov 8-ci olub. Final uğrunda qalibiyyət üçün Kənan Əliyev Nəcəf Məhərrəmovu da məğlub edib. Nəcəf Məhərrəmov 3-cü olaraq bürünc medala layiq görülüb. Finalda Kənan Əliyev Türkiyə idmançısına qalib gələrək qızıl medalın sahibi olub.
Oğlanlar arasında sablya yarışlarında 38 idmançı arasında Cavanşir Səfərov 10-cu, Raci Həşimov 12-ci, Erol Həsənli 21-ci yeri qazanıb.
Qızlar arasında sablya yarışlarında isə 23 idmançı arasında Yekaterina Proxorova 6-cı və Fatimə İbrahimova 14-cü olub. Qızlar arasında rapira növündə 38 idmançı arasında Məryəm Məlikova 11-ci, Nübar Məlikova 17-ci, Səbinə Yusifova 25-ci yeri qazanıb.
Komanda yarışlarında şpaqa növündə oğlanlar qızıl medala, sablyada isə oğlanlar isə bürünc medala layiq görülüb. Rapira növündə qızlar yarımfinala çıxmaq üçün Türkiyə ilə qarşılaşıb və 45-44 hesabı ilə məğlub olaraq 5-ci yerə layiq görülüb.