Həmyerlisi Bakı sakininin evindən 18 min manat oğurlayıb

hemyerlisi-baki-sakininin-evinden-18-min-manat-ogurlayib
Oxunma sayı: 1161

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18 min manat oğurlamış həmyerlisi Mirab İbrahimli tutulub.