Həmyerlisini öldürən şəxs saxlanıldı

hemyerlisini-olduren-sexs-saxlanildi
Oxunma sayı: 999

Tovuz şəhər sakini Asif İbrahimovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində qeydə alınıb. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Asif İbrahimovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.
 
Araşdırma aparılır.