İmişlidə meşə zolağında meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 10-da saat 5 radələrində qeydə alınıb.
Ağamalılar kəndi ərazisində şəhər sakini Zaur Əzizovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə rayonun polis və prokurorluq orqanlarına məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər