Həmyerlisinin 4500 manatlıq mal-qarasını oğurlayıb

hemyerlisinin-4500-manatliq-mal-qarasini-ogurlayib
Oxunma sayı: 1290

Şəmkirdə yaşayan Kəramət Musayevin ümumi dəyəri 4500 manat olan 4 baş iri buynuzlu mal-qarası oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev “Gazel” markalı avtomobillə Goranboy istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı oğurlanan heyvanlar avtomobilin yük hissəsində aşkarlanıb. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad Əhməd