Avqustun 25-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə təhvil veriliblər.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər