“Hepato Club”un növbəti maarifləndirici tədbiri keçirildi

hepato-clubun-novbeti-maariflendirici-tedbiri-kecirildi
Oxunma sayı: 1543

“Hepatoloji Mərkəz by Referans Medical Group”da Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı “Hepato Club”un növbəti maarifləndirici tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ümumdünya Hepatitlə Mübarizə Gününə özəl keçirilən tədbirdə bir sıra tanınmış hepatoloqlar, qastroenteroloqlar, diyetoloqlar da qonaq qismində iştirak ediblər. 

“Hepatoloji Mərkəz by Referans Medical Group”un baş həkimi, infeksionist-hepatoloq, tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova bu günün qeyd edilməsinin önəmi, eləcə də hepatitin törətdiyi fəsadlar, ona qarşı mübarizə yolları, bu virusun yayılma səbəbləri, həmçinin müalicəsi barədə məlumat verib.

Ümumdünya Hepatitlə Mübarizə Gününə təsadüf edən budəfəki “Hepato Club”un əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını diqqətə çatdırmaqdır. 

Həmçinin belə tədbirlərin davamlı olacağını vurğulayan Hicran Xıdırova onu da əlavə edib ki, insanları maarifləndirmək, onları vaxtında həkim yoxlanışından keçməyə, peyvənd olunaraq hepatitə yox deməyə təşviq etmək vacibdir. Bununla da dünya ilə birlikdə  2030 - “No hep” ilində ölkəmizin məhz bu axına qoşulmağına yardımçı olmaqdır.

Tədbirdə çıxış edən digər həkim qonaqlar qeyd ediblər ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. 

Bu işlə təkcə tibb müəssisələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması bir növ xatırlatma xarakteri daşıyır ki, insanlar bu problemin nə qədər aktual və ciddi olduğunu anlasınlar.

Qonaqlar onu da əlavə ediblər ki, bu tipli tədbirlər nə qədər davamlı olarsa, cəmiyyyət də o qədər maariflənəcək.

Sonda iştirakçıların sualları cavablandırılıb və hədiyyələr təqdim olunub.