“Hepsi” barışdı, tvitterdə birinci oldu

hepsi-barisdi-tvitterde-birinci-oldu
Oxunma sayı: 2495

Ötən gün Türkiyə üzrə tvitter sosial şəbəkəsində ən çox müzakirə olunan mövzu 2019-cu ildə fəaliyyətini dayandıran “Hepsi” qrupu olub. 

“Qafqazinfo” xəbər verir ki, 4 xanımdan ibarət olan keçmiş pop qrupunun trendə düşmə səbəbi isə üzvlərinin bir-biri ilə barışması olub. 

“Hepsi”dən qalmaqallı şəkildə ayrılan və solo karyeraya başlayan Gülçin Ergül digər xanımlarla münasibətini bərpa edib. Belə ki, Eren Bakıcı, Cemre Kemer və Yasemin Yürük barışdıqlarını elan ediblər.  Hətta üç xanım Gülçin barədə sosial şəbəkədə paylaşım edərək onun güclü bir səsə sahib olduğunu bildiriblər. 

Yaşanan hadisədən sonra “Hepsi” tvitterdə ən çox danışılan olub. 

Gülçin Ergül

Eren Bakıcı

Cemre Kemer​

Yasemin Yürük