Hepsi qrupu yenidən birlikdə

hepsi-qrupu-yeniden-birlikde
Oxunma sayı: 3081


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün ticarət mərkəzində jurnalistlərin suallarına cavab verən gənc müğənni qrupun yenidən birləşəcəyi müjdəsini verib. Əvvəl 4 nəfər olduqlarını xatırladan Cemre yeni layihələrin hazırlandığını vurğulayıb: “Yaxın zamanlarda Hepsi qrupu yenidən birlikdə fəaliyyətə başlayacaq. Çox gözəl sürprizlərimiz var, yeni layihələr hazırlayırıq”.

Qeyd edək ki, Gülçinin qrupdan çıxması ilə 3 nəfər qalan qrup üzvləri uzun müddətdir ki, fərdi yaradıcılıqla məşğul olurdu.

Günel Hacı