“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Ellen Page, “Bu gün buradayam, çünki homoseksualam” deyib. Page bütün media qarşısında açıqlama vermək qərarına gəldiyini, çünki gizlənməkdən yorulduğunu bildirib.
“İllərdir əziyyət çəkmişəm. Çünki həqiqəti deməyə qorxurdum”,-deyən kanadalı aktrisa nitqinə davam edib.
“Bəlkə bir fərq yarada bilərəm. Başqalarının daha ümidli olmalarına kömək edə bilərəm. Bu mövzuda şəxsi və sosial bir borcluluq hiss edirəm”,-deyə əlavə edib. O, daha sonra “Tvitter” sosial şəbəkəsində “HRC” və onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər