“Hər 3 müəllimdən biri 1000 manat və daha çox maaş alacaq”

her-3-muellimden-biri-1000-manat-ve-daha-cox-maas-alacaq
Oxunma sayı: 2617

“Hər üç müəllimdən biri 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib.

O qeyd edib ki, 28 929 müəllim 500 AZN-ə qədər, 63 983 müəllim 500-1000 AZN arası, 34 165 müəllim 1000-1500 AZN arası, 6177 müəllim 1500-2000 AZN, 542 nəfər isə 2000 AZN və daha artıq maaş alacaq.

Gülnar Əliyeva

Həmçinin oxuyun: Судья из Армении наказана за неуважение к гимну Турции - Видео