“Hər bir amerikalı iyulun sonuna qədər peyvənd edilə biləcək”

her-bir-amerikali-iyulun-sonuna-qeder-peyvend-edile-bilecek
Oxunma sayı: 785

ABŞ-ın hər bir arzu edən vətəndaşı ancaq iyulun sonuna qədər yeni koronavirusdan peyvənd edilə biləcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Miluokidə (Viskonskin ştatı) ictimaiyyətlə görüşdə bildirib.

“İyul ayının sonuna qədər bizim 600 milyondan çox dozumuz olacaq. Bu, hər kəsi peyvəndləmək üçün kifayətdir”, - o deyib.

Bayden qeyd edib ki, ilk həftələr ərzində onun administrasiyasının ofisində vaksin istehsalının əhəmiyyətli dərəcədə artırılmasına nail olunub. "May ayının sonuna qədər 400 milyon, iyul ayının sonuna qədər isə 600 milyon vaksin dozumuz olacaq", - deyə o bildirib.