“Hər bir lerikli bu diqqətə layiqdir” - Babək Hüseynovun daha bir görüşü+Fotolar

her-bir-lerikli-bu-diqqete-layiqdir
Oxunma sayı: 2953

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Parlament seckilərinə 78 saylı Lerik seçki dairəsindən namizədliyini irəli sürən, Hüseynov Babək Meyxos oğlunun təbliğat-təşviqat kampaniyası davam edir.

Seçki Qərargahından “Qafqazinfo”ya verilən məlumata görə, deputatlığa namizəd rayonun kənd və yaşayış məntəqələrində seçicilərlə gündəlik görüşlər keçirir. Yanvar ayının 24-də Siyov, Daster, Orand və Nurəvud kənd inzibati dairələrində də görüşlər keçirilib. Görüşlər zamanı sakinlərin qarşılaşdıqları problem və çatışmazlıqlar, onları narahat edən qayğılar dinlənilərək, bunların həlli istiqamətində geniş müzakirələr aparılıb.

“Dilə gətirilən problemlər dinləmək üçün yox, həlli istiqamətində əməli tədbirlər görmək üçündür”, - deyən Babək Hüseynov bugünkü görüşün vətəndaşları narahat edən məsələlərin öyrənilməsinə yönəldiyini və deputat seçiləcəyi təqdirdə həmin məsələləri mütəmadi olaraq aidiyyatı qurumlar qarşısında qaldırmaqdan ibarət olduğunu qeyd edib.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərdiyi diqqət və qayğı, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha çatdırılıb.

 “Cənab Prezident bütün çıxışlarında bildirir ki, birinci məsələ vətəndaşı narahat edən bütün problemləri aradan qaldırmaqdır” deyə əlavə edib. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlardan söz açıb və bu gün həmin islahatların müfəvvəqiyyətlə icra edildiyini bildirib. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı olduğunu bildirib. Respublika Prezidenti tərəfindən həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib.. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

Görüş zamanı vətəndaşlar bəzi çətinliklərdən, məhəlli problemlərdən söhbət açmışlar. Babək Hüseynov bütün bu problemlərin Deputat seçiləcəyi təqdirdə müvafiq qurumlar qarşısında qaldıracağını, secicilərlə görüşün sadəcə seçki təbliğatı dövründə deyil, mütəmadi xarakter alacağını vurğulamışdır. “Mənim üçün ən vacib məsələ insanlara hörmət etmək, onların problem və qayğılarını öyrənmək və həmin problemlərin həllinə kömək etməkdir. Hesab edirəm ki, hər bir Lerikli bu diqqətə layiqdir” deye əlavə edib.

Kənd ağsaqqal və ziyalıları daim ölkə rəhbərinin siyasi kursunu dəstəklədiklərini söyləmiş, ölkə başcısından razılıqlarını ifadə etmişlər. Parlament seçkilərini böyük inam və ümid hissi ilə gözlədiklərini, ənənəvi deputat imicinin dəyişəcəyinə inandıqlarını bildirmişlər. Kənd ağsaqqal və ziyalıları çıxış edərək, seçki günü hamılıqla Babək Hüseynova səs verəcəklərini, onun Parlamentdə deputatın əsas vəzifələrindən olan qanun lahiyələrin hazırlanması prosesində fəal iştirak edəcəyinə , öz seçiciləri ilə daim görüşlər keçirəcəyinə , onların problem və müraciətlərini yazılı və şifahi şəkildə aidiyyatı orqanlara çatdıracağına və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni edəcəyinə, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik prizmasından münasibət bildirəcəyinə, imkanları daxilində xeyriyyəçilik tədbirlərində iştirak edəcəyinə inandıqlarını bildiriblər.