Səyyar qəbul-görüşdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar xanım Muradova, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd etmişdir ki, müraciətlərə diqqətlə yanaşılması, şikayətlərin yaranmasına səbəb olan nöqsanların təhlili, narahatlıq doğuran amillərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biridir.
Alı Alıyev bildirmişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Rayon İcra Hakimiyyətinin başçısı son vaxtlar gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirilməsinin ölkədə aparılan siyasi işlərlə ahəngdarlıq təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, son aylar ərzində rayondan 1000-ə yaxın gənc sərhəd qoşunlarında, daxili qoşunlarda, milli ordu sıralarında xidmətə yollanmış, həqiqi hərbi xidmətə getmiş, polis orqanlarında işə qəbul olunmuşlar. 30 nəfərə yaxın gənc isə ali hərbi məktəblərə və hərbi liseyə göndərilib.
Milli Məclis Sədrinin müavini Bahar Muradova səyyar qəbulda çıxış edib.
Son xəbərlər
Son Xəbərlər