“Hər bir yeni qələbə əsgərlərimiz sayəsində mümkün olur”

her-bir-yeni-qelebe-esgerlerimiz-sayesinde-mumkun-olur
Oxunma sayı: 1521

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqramda yazıb:

“Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! 

Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”