Hər bölüm üçün bu məbləği alacaqlar

her-bolum-ucun-bu-meblegi-alacaqlar
Oxunma sayı: 5048

Türkiyənin yeni "Ailə" serialında rol alan baş rol qəhrəmanlarının qonorarı məlum olub. 

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Serenay Sarıkayayla Kıvanç Tatlıtuğ hər bölüm üçün birlikdə 1500 000 lirə qonorar alacaqlar.

Belə ki, aktrisa hər bölüm üçün 500 min lirə, aktyor isə milyon lirə məvacib alacaq.

Qeyd edək ki, çərşənbə axşamları yayımlanacaq serialda Canan Ergüder, Yüsra Geyik, Umutcan Ütübay, Nejat İşler də rol alır.