“Hər cür tibbi yardımı etməyə hazırıq” - Türkiyənin Səhiyyə naziri

her-cur-tibbi-yardimi-etmeye-haziriq
Oxunma sayı: 3706

Səhiyyə naziri Oqtay Şirəliyevlə türkiyəli həmkarı Fəxrəddin Qoca arasında telefon danışığı olub.

“Qafqazinfo” bildirir ki, bu barədə tükiyəli nazir tvitter hesabında bildirib.

“Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon əlaqəsi saxladıq. Ermənistanın qeyri-insani hücumu nəticəsində ona başsağlığı verdim və kədərimizi dilə gətirdim. Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi yardımı etməyə hazırıq”, - deyə Qoca yazıb.