Hər gün 2 min vətəndaşa xidmət göstərilir

her-gun-2-min-vetendasa-xidmet-gosterilir
Oxunma sayı: 912


Mərkəzdə Gəncə və ətraf rayonlar daxil olmaqla,  gün ərzində 2 min vətəndaşa  xidmət göstərilir. Fəaliyyətə başladığı gündən indiyədək mərkəzə müxtəlif məsələlərlə  bağlı 500 mindən çox vətəndaş müraciət edib. Burada 120 nəfər işçi, 80 nəfərdən ibarət könüllü qrupu  insanlara nümunəvi xidmət göstərir. Mərkəzdə 10 dövlət qurumu tərəfindən 30-a yaxın xidmət göstərilir. Bundan başqa, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə funksional yardımçı xidmətlər də göstərilir. Vətəndaşlar ən çox şəxsiyyət, sürücülük  vəsiqələrinin, ümumi vətəndaş pasportunun alınması,  vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı,  notarius məsələləri ilə bağlı müraciət edirlər.