Hər gün dondurma yeməyin mənfi - Təsirləri

her-gun-dondurma-yemeyin-menfi
Oxunma sayı: 3181

Yay aylarının ən sevilən desertləri arasında dondurma xüsusi yer tutur. Lakin onun gündəlik qəbulu sağlamlıq sistemində müəyyən  mənfi təsirlərə yol aça bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən gündəlik dondurma qəbulunun hansı mənfi nəticələrə yol açdığını təqdim edir:

Həmçinin oxuyun: В Турции арестованы блогеры - Среди них и азербайджанец? 

Dişlərin çürüməsinə səbəb olur

Şəkər istehlakı dişlərin çürüməsinə şərait yaradır. Bir çox dondurma şəkərlə hazırlandığından hər gün onu yemək sağlam dişlərə ciddi ziyan vura bilər.

Dondurma yuxu rejiminə təsir göstərir

Xüsusilə, gecələr daha çox şəkər istehlak etmək vücudunuzun faydalana biləcəyi dərin və canlandırıcı yuxu miqdarını azaldır.

Kilo almağınıza yol açacaq

Dondurma yüksək miqdarda kalori ehtiva edə bilər və bu, arıqlamaq istəyən insanlara məqsədlərinə çatmaqda kömək etməyəcək bir amildir. kökəlmək istəmirsinizsə, gündəlik bir porsiya dondurma yeməyi vərdiş halına salmağınız yaxşı olmaya bilər.

Qaraciyər xəstəliyi riskiniz artırır

Yüksək şəkər miqdarlı dondurma qaraciyər xəstəliyi inkişaf riskinin artmasına və ya bədəninizdə artıq yağ yığılmasına səbəb olacaqdır

Ürək sağlamlığına mənfi təsir göstərir

Həddindən artıq şəkər ürək sağlamlığınıza mənfi təsir göstərə bilər. Amerika Ürək Dərnəyi əlavə şəkər kalorisinin hər gün 6 faizdən çox olmamasını tövsiyə edir.