“Qafqazinfo” yaranan nasazlıqların səbəbini öyrənmək məqsədilə Bakı Metropolitenin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən verilən məlumata görə, saat 08:40 radələrində Nərimanov metrosu ikinci yolda 31 saylı marşrut üzrə hərəkət edən qatarın əsas idarəetməsində nasazlıq yaranıb: “ Bu zaman sərnişinlər Nərimanov metrosundan təxliyə olunub. Yəni qatar tuneldə qalmayıb. Nasaz olan qatar baxış üçün depoya göndərilib. 08:47-də qatarların hərəkəti bərpa olunub.”
Mətbuat Xidmətindən onu da qeyd ediblər ki, qatarlarda nasazlıq yaranması normal haldır: “Belə olan halda sərnişinlərin daşınması qadağandır Mütləq qatar baxış üçün depoya göndərilməlidir. Ən xırda nasazlıq yarandığı halda belə sərnişinlərin daşınması qəti qadağandır”.
Günel
Son xəbərlər
Son Xəbərlər