Sumqayıt sakini Şamil Ələsgərov hər gün şəhərin Şəhidlər xiyabanını ziyarət edir, şəhid məzarlarını təmizləyir.
“Qafqazinfo” AzTV-yə istinadən xəbər verir ki, o, bu işlərinə görə şəhid ailələrinin sevimlisinə çevrilib.
Şamil təxminən 6 ildir, Aprel döyüşlərindən bu vaxtadək hər gün Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.
Şəhid valideynləri Şamili öz övladı kimi qəbul edir.
Son xəbərlər
Son Xəbərlər