"Təkcə bu gunlərdə deyil, hər gün televiziya kanallarında vətənpərvərlik haqqında kliplərin göstərilməsini, FM dalgalarında mahnıların və şeirlərin səsləndirilməsini istərdim. Bu, vətənimizin keşiyində duran məğrur və cəsur əsgərlərimizdə ruh yuksəkliyini daha artırar”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözlər vətənpərvərlik mövzusunda bir sıra mahnıların müəllifi Cəlal Qurbanov söyləyib.
Bəstəkar bildirib ki, bir qarış da olsun torpağımız düşmən tapdağı altında qalmayacaq.
“Vətəni qorumağ hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Mən də hamı kimi bu borcu verməyə hər an hazıram. Canım sən fəda olsun Azərbaycan!”,- deyə o, vurğulayıb.
Qarabagda nalsız qalan,
O atların dırnaqları,
Qayalardan od qoparır.
Məscidlərdə minarələr alovlanır,
Yağı düşmən,
məzarlardan ad qoparır.
Qeyd edək ki, sözləri Cəlal Qurbanova, musiqisi isə Tünzalə Ağayevaya məxsus olan mahnı vətənpərvərlik mövzusunda yazılan ən təsirli musiqilərdəndir.
Bu ifaya Türkiyə mediasında da geniş yer ayrılıb. Qardaş ölkənin ən nüfuzlu qəzetlərindən olan "Hürriyet" bu məsələyə toxunub və Cəlal Qurbanovun açıqlamasını yayımlayıb.
Son xəbərlər
Son Xəbərlər