“Qafqazinfo” xəbər verir ki, bu sözləri İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov Avropa Oyunları ilə bağlı aparılan kampaniya haqda açıqlamasında deyib:
“Elə bu günlərdə müxtəlif ölkələrdə “heyvansevərlərin” keçirdikləri “aksiyalar” kimi cılız işlər Azərbaycanın haqq işinə kölgə sala bilməyəcək. Biz bunu müxtəlif vaxtlarda yaşamışıq və həmişə də belə kampaniyala qarşı mübarizə aparıb sonda üzüağ çıxmışıq.
M. Seyidov müxtəlif beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqləri məsələsinə də toxunub:
“Ölkəmiz müxtəlif beynəlxalq təşkilatların üzvüdür, bir sıra konvensiyalara qoşulub. Amma bu o demək deyil ki, biz kiminsə diqtəsi ilə hərəkət etməliyik. Bu yaxınlarda Prezident İlham Əliyevin bununla bağlı qətiyyətli mövqeyinin şahidi olduq. Düşünürəm ki, bu cür ucuz təzyiq metodları Azərbaycana təsirsiz ötüşəcək. Azərbaycan öz müstəqil siyasətini yeridir. Əgər bu kiminsə xoşuna gəlmirsə problemi özündə axtarsın. İstənilən halda biz qazandığımız və bu günə qədər qoruyub saxladığımız müstəqilliyimizi itirməyəcəyik və heç kimə boyun əyməyəcəyik. Təbii ki, Azərbaycan kimi gənc bir dövlətin qısa zaman kəsiyində bu cür böyük nəaliyyətlərə imza atması “böyük güclərin” maraqları ilə toqquşa bilər. Lakin unutmaq lazım deyil ki, əgər bir ölkədə xalq-dövlət birliyi varsa həmin dövlətdə müstəqil siyasət də olacaqdır. ”
Hər həftə mitinq təyin edib ora 500 nəfər yığmaqla 9 milyonluq xalqın adından danışmaq yersizdir. Bu insanlara üzümü tutub demək istəyirəm ki, belə lazımsız işlərlə məşğul olmaqdansa heç olmasa özlərinə fayda verən işlər görsünlər. Eyni zamanda sosial şəbəkələrdə göstərilən “qəhrəmanlıqların” əməli müstəvidə görünməməsi bir daha sübut edir ki, bu addımlar mövcud vəziyyətdə manipulyasiyadan başqa bir şey deyil.”
İctimai Birlik sədri vurğulayıb ki, bu mühüm beynəlxalq tədbirə veriləcək dəstək təqdirəlayiqdir:
“Düşünürəm ki. Azərbaycan gənci kiçik bir qrup kimi sadəcə mədəsini düşünmür. Burada Azərbaycanın gələcəyindən, inkişafından eyni zamanda elə həmin gənclərinin özünün, gələcəkdə övladlarının firavan yaşamasından söhbət gedir. İnanıram ki, bundan əvvəlki mötəbər tədbirlərdə olduğu kimi “Bakı 2015 Avropa Oyunları”nı da yüksək səviyyədə həyata keçirəcəyik.”
Son xəbərlər
Son Xəbərlər