Hər iki ayağını itirsə də, model ümidini itirmir - Fotolar

her-iki-ayagini-itirse-de-model-umidini-itirmir
Oxunma sayı: 1843

İnfeksiya nəticəsində hər iki ayağını itirən amerikalı model Loern Vasser noyabr ayında keçiriləcək Nyu-York marafonuna hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, model bu haqda “Today” telekanalının efirində danışıb. L. Vasserin sözlərinə görə, yürüşdə iştirak etmək üçün onun qızıl protezlərinə qaçış ülgücləri bərkidiləcək.  

Qeyd edək ki, L. Vasser hər iki ayağını 2012-ci ildə itirib. Buna səbəb onun istifadə etdiyi stafilokok bakteriyalı tampon olub. Əvvəlcə Lorenin bir ayağını, altı ildən sonra isə ikinci ayağını amputasiya ediblər.