Hər iki ayaqqabısından narkotik çıxdı

her-iki-ayaqqabisindan-narkotik-cixdi
Oxunma sayı: 1361

Azərbaycan vətəndaşı piyada yolla İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb.

Qafqazinfo”nun Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin şəxsin üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində vətəndaşın üzərindən - sağ və sol ayağına geyindiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149,030 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.