"Tarixdə ilk dəfə III təsnifat mərhələsinə yüksəldiyimiz üçün şadıq. Hər iki komandanın yaxşı şansları vardı. Amma "Şkendiya"da "Neftçi"yə nəzərən daha çox fərqlənmək şansı var idi. Bu səbəbdən, qalib gəldik".
"Qafqazinfo" Futbolinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç "Neftçi"ni 1:0 hesabı ilə yenərək, Avropa Liqasında növbəti mərhələyə yüksəldikləri ikinci təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O, növbəti mərhələdə qarşılaşacaqları "Mlada Boleslav"ı da keçmək üçün əllərindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, mətbuat konfransında baş məşqçinin fikirləri ingiliscəyə tərcümə olunmayıb. Yalnız makedoniyalı həmkarlarımızın ingiliscə fikirlərini öyrənmək mümkün olub.
Son xəbərlər
Son Xəbərlər