Hər iki qonaq səfərdən qələbə ilə qayıdır

her-iki-qonaq-seferden-qelebe-ile-qayidir
Oxunma sayı: 1745

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki görüşü baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən qarşılaşmada “Roma” ilə Madrid “Real”ı qarşılaşıb. Matçda ilk hissə qolsuz bərabərliklə başa çatsa da, ikinci hissə maraqlı keçib. Oyun “Real”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Ronaldo, 57, Xese, 86

***

“Volfsburq” - “Gent” oyununda isə qapılara 5 qol vurulub.

Bu qollardan 3-ü almanların, qalanları isə belçikalıların payına düşüb. Beləliklə, “Volfsburq” Belçikadan qələbə ilə qayıdır (3:2).

Qollar: Kums, 80, Kulibali, 89 - Draksler, 44, 54, Kruz, 60.