“Hər iki tərəfə təzyiqi davam etdirmək olduqca əhəmiyyətlidir”

her-iki-terefe-tezyiqi-davam-etdirmek-olduqca-ehemiyyetlidir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Koberatski “Moskovskiye Novosti” qəzetinə müsahibəsində deyib. O, ATƏT Qarabağ münaqişəsinin həllində əsas moderator olsa da proses "yerində sayır” sualını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, təkcə bu il ərzində təmas xəttində ölümlə nəticələnən 20-dən çox insident qeydə alınıb. Koberatski, mülki əhali arasındakı ölüm faktlarının olmasının xüsusi həyəcana səbəb olduğunu bildirib.
Koberatski xatırladıb ki, Ermənistana və Azərbaycana səfərləri zamanı ATƏT-in qüvvədə olan sədri tərəfləri təmas xəttindən snayperləri götürməyə çağırmışdı: “Mən təəssüf edirəm ki, tərəflər bu il Soçidə atəşkəs xətti boyu əldə edilmiş insidentlərin araşdırılması ilə bağlı razılığı yerinə yetirməyiblər. Hesab edirəm ki, hər iki tərəfə təzyiqi davam etdirmək olduqca əhəmiyyətlidir və Rusiya prezidentinin Azərbaycan və Ermənistan arasındakı danışıqlara şəxsən yardım göstərməsini alqışlayıram”.

Səidə