Hər il Braziliyada Pele günü qeyd olunacaq

her-il-braziliyada-pele-gunu-qeyd-olunacaq
Oxunma sayı: 1530

Hər il noyabrın 19-da Braziliyada Pele günü kimi qeyd olunacaq.

“Qafqazinfo” xəbər verir ki, qərar ölkə hökuməti səviyyəsində qəbul edilib.

Günün noyabrın 19-u seçilməsi isə Pelenin rəsmi olaraq karyerasında 1000-ci qolu həmin tarixdə vurması ilə əlaqədardır.

Qeyd edək ki, Pele 1941-ci ildə anadan olub və 29 dekabr 2022-ci ildə vəfat edib.