Hər kəs bərabərdir

her-kes-beraberdir
Oxunma sayı: 957


 “Qafqazinfo” xəbər verir ki, “Atletiko”Madrid “Visente Kalderon” stadionunda “Barselona”nı qonaq edəcək. “Nou Kamp”da keçirilən ilk oyun Dieqo Ribas və Neymarın qarşılıqlı qolları sayəsində 1-1 hesablı bərabərliklə yekunlaşıb. Bu gün artıq iki ispan klubundan biri yoluna yarımfinalda davam etmək hüququ qazanacaq, digəri isə mübarizəsini növbəti mövsümə saxlayacaq.

 İlk nəticəsi 1-1 hesablı bərabərliklə bitən digər matç “Bavariya” və “Mançester Yunayted” arasında olub. Bu gecə bü cütlüyün də aqibəti bəlli olacaq. İlk baxışdan səfərdə vurduğu qol, “Mançester”in bu mövsüm çox zəif olması “Bavariya”nı daha şanslı tərəf kimi önə çıxardır lakin rəsmi olaraq kimin yarımfinala adlayacağını saat 23:45-də etibarən biləcəyik.

 9 aprel

Saat 23:45

"Atletiko"Madrid- "Barselona"

"Bavariya"- "Mançester Yunayted"

İqbal