“Qafqazinfo”nun məlumatına görə, Nurullayev ölkənin siyasi şəraitinin demək olar ki, olmadığını qeyd edib:
“Hakimiyyət də maraqlıdır ki, siyasi vəziyyət ölü nöqtəsindən tərpənməsin. Vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Müxalifət zəiflədilərək yox halına çatdırılıb. Müxalifət öz arasında dava etməkdədir. İqtidar isə hələ ki, nə xalqdan əndişəlidir, nə də ki, müxalifətdən. Demək olar ki, müxalifəti və xalqı öz iradəsinə uyğun idarə də edə bilir. Belə görünür ki, çınqırını çıxaran yoxdur, çıxaran da elə səs edir ki, otaq wi-fi sistemi kimi 50-100 kvadrat metr əraziyə, yəni bu çevrədə olan insanlara səsini çatdıra bilir.”
Politoloq bu vəziyyətin barışılası olmadığını vurğulayıb:
“2015-ci il Parlament seçkilərini xilas üçün çox ciddi düşünmək və qərarlar qəbul etmək lazımdır. Ən böyük məsuliyyət bizlərin üzərinə düşür. Əgər yeni nəfəs və yeni yanaşma gətirə bilmiriksə, demək ki, zəiflik özümüzdədir. Danışmağı hamı bacarır, işləməyi isə az adam. Bu az adamın siyahısında olmaq üçün hərəkətə keçmək və sübutlar ortaya qoymaq gərək. Bunu etməyə çalışırıq.
Hər kəsi siyasi vəziyyəti dəyişmək üçün müzakirəyə dəvət edirəm. İstər tanınmış şəxs olsun, istər sadə bir vətəndaş. Hər kəslə oturub müzakirə aparmağa hazıram. Sadəcə bir mesaj göndərin və vaxt müəyyən edək”.
Son xəbərlər
Son Xəbərlər