Hər Məkanın Qəhrəmanı - - Nissan Patrol Avropa Rallisində

her-mekanin-qehremani-
Oxunma sayı: 924


Nissan ralli ustası Emil Kneisser ilə İtaliya Baja Rallisində yüksək nəticə göstərməklə Av-ropa kampaniyasına start verib.

İtaliya Baja ölkələrarası FİA Dünya Kubokunun beşinci raundudur və bu tədbirdə T2 kate-qoriyası üzrə Nissan sürücüləri mükəmməl performans göstərmişlər. Livanlı Kneisser üçüncü, Patrol sürücüsü Denis Berekovski isə ikinci olmuşdur. Kiçik qəza və avtomobilin təkərinin deşil-məsi baş verməsəydi, Kneisser birinci ola bilərdi.

İtaliya rallisində 12-si T2 kateqoriyasında olmaqla, əlli avtomobil yarışırdı.

Yarış zamanı kiçik bir hadisə yaşayan Kneisser və onun köməkçisi Alex Komzic qeyd ediblərki, Nissan Patrol yarış zamanı sərt yol şəraitində 1000 km yol qət etməklə, bir daha hər məkanın qəhrəmanı olduğunu sübut etmişdir.

"Nissan Patrol gözlənildiyi kimi, bütün çətinlikləri asanlıqla dəf etdi. Belə ki, siz istər be-ton yolda, istərsə də səhrada olun, Nissan Patrol-un sükanı arxasında oturan zaman ən yüksək sə-viyyədə yarışacağınıza inanacaqsınız. Kneissner qeyd etmişdir. - Bu, mənim ilk Avropa rallimdir, ona görə də, daha çox püxtələşmək istərdim. Komandam, Nissan Patrol və Nissanın Yaxın Şərq üzrə nümayəndəliyi məni çox dəstəkləyir. İlk yarışdan razı qaldıq, ancaq məncə ən yaxşısı hələ irəlidədir".

Nissan-ın Yaxın Şərq üzrə idarəedici direktoru Samir Cherfan Kneisserin və Nissan Patrol-un son Baja çıxışından sonra öz heyrətini gizlətməyib: "Bu, Avropa debütündə Emil Kneisser üçün ən yaxşı başlanğıcdır. O, Yaxın Şərqdə artıq öz sözünü deyib və belə görünür ki, Avropada da eyni uğuru qazanacaq. İtaliyadakı yarış başlanğıcdır, onun karyerası çiçəklənməkdə davam edir. Nissan onun hər addımını dəstəkləyəcək".

Kneisser bu yaxınlarda ən möhtəşəm yarışlardan biri və Ölkələrarası FİA Dünya Kuboku-nun tərkibinə daxil olan Misirdə keçirilmiş Fironlar rallisində T2 üzrə qalib olmuşdur. O, həmçi-nin Nissanın dəstəyi ilə keçirilən Abu Dabi Səhra Yarışında və Ölkədaxili Qatar Rallisində qalib olmuşdur ki, bunlar da Dünya Kuboku yarışının bir hissəsidir.

Nissan Yaxın Şərqdə keçirilən ralli və avtomobil idmanı yarışlarının, xüsusən Səudiyyə Ərəbistanında keçirilən Hai`l Beynəlxalq Rallisinin və Abu Dhabi Səhra Yarışının əsas dəstəkçisi-dir.

Nissan həmçinin digər ərəb sürücüləri də dəstəkləyəcək. O, Yaxın Şərqdə avtomobil idma-nının inkişaf etdirilməsində Kneisserə dəstək olur.

Yaponiyanın böyük avtomobil şirkətlərindən biri olan Nissan Motor Co.Ltd.-nin əsas iqa-mətgahı Yaponiyanın Yokohama şəhərində yerləşir və bu, Renault-Nissan Allyansının tərkib his-səsinə daxildir. Nissan şirkəti Nissan, Infiniti və Datsun brendləri altında 60-dan çox model təq-dim edir. Nissan dünya üzrə sıfır emissiyalı avtomobil hərəkəti üzrə liderdir ki, burada da ilk tam elektrikli LEAF avtomobillərinin kütləvi satışı əsas yer tutur. Bu, ən çox satılan elektrikli avtomo-bildir və sıfır emissiyalı avtomobil seqmentində onun payı demək olar ki, 50% təşkil edir.

“Qafqazinfo”