Hər məzara bayraq sancıldı - Video

her-mezara-bayraq-sancildi
Oxunma sayı: 3478

Fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan zəlzələlərdən bir il ötür. Zəlzələdə dünyasını dəyişənlərin dəfn olunduğu Reyhanlı yolu üzərindəki Zəlzələ Qəbiristanlığında hər qəbrin önünə Türkiyə bayrağı sancılıb. Zəlzələdə həyatını itirən uşaqların məzarlarının yanına qoyulan oyuncaqlar da diqqət çəkib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən həmin qəbiristanlıqdan görüntüləri təqdim edir: