“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Aleksey Antonov deyib.
Klub saytına açıqlama verən ukraynalı futbolçu komandadnın oyun planında daha da təkmilləşməsinin mümkün olduğunu bildirib: “Heç bir problem nəzərə çarpmır. Yeni komandama uyğunlaşmağım da qaydasındadır. Düşünürəm ki, bununla bağlı çətinlik olmayacaq. “Qəbələ” ilə 2 gün məşq etmişəm, 3-cü gündür burdayam. Hər şey yaxşı olacaq. Sadəcə zaman lazımdır”.
Antonov Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”su ilə 1 il əvvəl də qarşılaşıb. O, Qazaxıstan “Aktobe”sinin heyətində Çempionlar Liqasında üz-üzə gəldiyi rəqib haqda da fikirlərini bildirib: “Aktobe”də oynadığım vaxt Tiflis “Dinamo”su ilə qarşılaşmışıq. Bu matçlar Çempionlar Liqasının təsnifat mərhələsinə təsadüf etmişdi. Hər iki görüşdə qalib gəlsək də, “Dinamo” yaxşı komandadır.
Gürcüstan təmsilçisi adı və ənənəsi olan ciddi klubdur. Bildiyimə görə, bir il əvvəlki ilə müqayisədə heyətin təxminən yarısı dəyişib. “Aktobe”nin “Dinamo”nu hansı keyfiyyətlərin sayəsində üstələdiyi haqda danışmaq yersizdir. Bu, bir il əvvəl olub. Hər şey dəyişib.
“Aktobe” ayrı komandadır, “Qəbələ” ayrı komanda. Biz öz oyunumuza görə cavabdehik, öz oyunumuza görə danışmalıyıq. Bunu necə bacaracağımızı isə zaman göstərəcək. Heç vaxt qabaqcadan danışmıram”.
Son xəbərlər
Son Xəbərlər