“Qafqazinfo”nun məlumatına görə, müğənni sevgi haqda fikirlərini bölüşüb:
“Məndən sevgi haqda nə deyə biləcəyimi soruşdular. Mən hər an, hər saat sevirəm. Hər zaman sevəcəm, mənim üçün pis sevgi yoxdur. Hər sevgidən bir xatirə qalır”.
Röya xeyriyyə verilişlərindən də söhbət açıb:
“Hacı Nuran xalqın artistidir. Xeyriyyə məqsədli verilişlər haqda 6-7 ay əvvəl danışdım, bəzi aparıcı dostlarımızın xətrinə dəydi. Yenidən açıqlama verirəm. Hər şeyi iyrəncləşdirməyin. Xeyriyyə məqsədi ilə hazırlanan verilişləri şouya çevirməyin. Bu cür verilişin ən gözəl formasını Hacı Nuran təqdim edib. Özünüzü göstərib, qabağa getmək üçün bu cür yollardan istifadə etməyin. Bu cür layihələr bəzən yarımçıq qalır. O verilişə gələnlər xəstələrinə görə gəlirlər, onlara şou lazım deyil. Aparıcıya şou lazım deyil”.
Könül
Son xəbərlər
Son Xəbərlər