“Hər vaxt qəzalı evlərimiz uça bilər”- - Zaqataladan daha bir şikayət

her-vaxt-qezali-evlerimiz-uca-biler-
Oxunma sayı: 972


Bu barədə kənd sakinləri “Qafqazinfo”ya müraciətlərində qeyd ediblər.

Sakinlər iddia edir ki, bu işlə bağlı dövlət büdcəsindən bir milyard manatdan çox pulun ayrılmasına baxmayaraq zəlzələnin nəticəsində yararsız hala düşmüş evlərin əksəriyyəti hələ də bərpa edilməyib: “Kim əvvəlcədən istənilən rüşvəti verdisə, onun evi tikilib təhvil verildi. Biz yoxsullar isə qorxu-həyəcan içində yaşayırıq. Daha doğrusu zülm-əzab çəkirik. Hər vaxt qəzalı evlərimiz uça bilər ki, buna görə ciddi təhlükə qarşısındayıq. Etdiyimiz müraciətlərə də baxılmır. Prezident cənab İlham Əliyevin bu haqsızlıqdan, qanunsuzluqdan xəbəri yoxdur. Ona yalan məlumat veriblər ki, zəlzələnin nəticələri tam aradan qaldırılıb. Ancaq 07 may 2012-ci il tarixdə baş vermiş zəlzələnin nəticəsi tam aradan qaldırılmayıb. Bu müddət ərzində dəfələrlə baş vermiş yeraltı təkanlar qəzalı evlərimizi dahada yararsız etmişdir. Biz dəfələrlə rayon icra başçısı Mübariz Əhmədzadənin qəbulunda olmuşuq, ərizələrlə müraciətlər etmişik. Amma o bir dəfədə olsun bizim dərdimizlə maraqlanmayıb”. 

Murad Əhməd