“Hər yeni gün sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir” - Paşinyan

her-yeni-gun-sulh-muqavilesini-imzalamaq-ucun-ela-fursetdir
Oxunma sayı: 2382

“Hər yeni gün sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir”.

“Qafqazinfo” “Aysor”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ sülh müqaviləsinin mətni ilə bağlı hələ ki razılığın olmamasıdır. O bu razılığın əldə ediləcəyinə ümid etdiyini vurğulayıb: “Daha doğrusu, bu razılaşmalar əldə olunub, sadəcə onları sülh müqaviləsinin mətninə daxil etmək lazımdır və düşünürəm ki, bu işi mümkün qədər tez başa çatdırmaq imkanımız var”.

Sülh müqaviləsinin harada imzalana biləcəyi ilə bağlı suala cavab olaraq isə Paşinyan qeyd edib ki, müqavilənin harada və nə zaman imzalanacağı daha sonra müzakirə olunacaq başqa bir məsələdir.