“Hər yerdə deyir ki, Vasif məni sevir”

her-yerde-deyir-ki-vasif-meni-sevir
Oxunma sayı: 3775

Əməkdar artist Vasif Məhərrəmli “Səhər- səhər” verilişində maraqlı açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, o, həmkarı əməkdar artist Elza Seyidcahanı vaxtilə sevdiyini bildirib:

“Elzanı sevmişəm. O, tək mənim yox, Azərbaycan Milli Konservatoriyasında oxuyan vaxtlar bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Elza xanım indi gözəldir. Amma o zamanlar daha gözəl idi. Açığı deyim ki, Elza çox ağır xanım idi. İndi bir az şıltaqlığı ola bilər. O zamanlar  biri ilə söhbət etdiyini belə görməmişəm. Ancaq dərsə gəlib gedərdi. Mən də kənardan onu seyr edərdim”.

Vasif Məhərrəmli proqramda Elzaya sevgisini bu yaxınlarda etiraf etdiyini açıqlayıb:

“O vaxt Elzaya sevgim barədə heç nə demədim, bu yaxınlarda sevdiyimi etiraf etmişəm. Çox normal qarşıladı. İndi mən yalan olmuşam. Özü hər yerdə deyir ki, Vasif məni sevir”.