“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu əşyalardan ən böyük bakteriya daşıyıcısı gündəlik istifadə etdiyimiz diş fırçalarıdır. Xüsusilə də, çox insanın istifadə etdiyi hamamda mikrob sayı kifayət qədər çox olur. Araşdırmada o da məlum olub ki, diş fırçalarının ayrıca qoyulduğu qablar belə onu mikroblardan qorumur, hətta bakteriyaların çoxalması üçün şərait yaradır.
Qab yuyan maçalkalar nə qədər pasta ilə istifadə olunsa da, nəm qaldığı zaman bakteriyaları öz üstünə toplayır. 2 həftədən bir dəyişməklə bakteriyalardan özünü azacıq da olsa sığortalamaq olar.
Klaviaturalar çox istifadə olunduğu üçün tuşların arasına kir yığılması qaçınılmazdır. Ona görə də, mütəmadi olaraq təmizləmək azımdır.
Təmizlik dəsmallarının özü də elə bakteriya yuvasıdır. Nəm qaldığı təqdirdə bakteriyaların artması üçün şərait yaranır.
Qapı dəstəkləri sıx istifadə olunduğu üçün tez-tez silinməsi vacibdir.
Təmizliyinə etinasız yanaşılsa da, xalçalar ən azı ayda bir dəfə təmizlənməli və havalandırılmalıdır.
Televizor pultlarının təmizliyini gecikdirmək olmaz.
Nə qədər soyuducuda olsa da, buz qabları davamlı olaraq təmizlənmədikdə mikrob yuvallarına çevrilir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər