“Herald Sun Tour”da 1-ci mərhələ- - Fotolar

herald-sun-tourda-1-ci-merhele-
Oxunma sayı: 826


“Qafqazinfo” xəbər verir ki, kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən bu mərhələdə qalib foto-finişlə müəyyənləşib.

Pelotonda olan velosipedçilərdən 38 nəfərin vaxt göstəricisi eyni olub - 3 saat, 4 dəqiqə, 12 saniyə. Onların arasında “Synergy Baku”nun üzvü, avstraliyalı Patrik Leyn də var. Foto-finişə əsasən, ABŞ-ın “Garmin-Sharp” komandasının avstraliyalı üzvü Natan Haas 1-ci, Patrik Leyn isə 27-ci olub.

Komandamızın digər nümayəndəsi, Azərbaycanın U-23 yığmasının üzvü Tural İsgəndərov isə liderlərdən 2 dəqiqə, 26 saniyə geri qalmaqla 44-cü nəticə göstərib.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.