Hərbçilərimiz “Anatolian Phoenix-2022” təlimində iştirak edəcək

herbcilerimiz-anatolian-phoenix-2022-teliminde-istirak-edecek
Oxunma sayı: 976

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

"Qafqazinfo" xəbər verir kİ, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.