Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

herbcilerimiz-beynelxalq-tedbirlerde-istirak-edecek
Oxunma sayı: 671


"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək İstanbul şəhərində (Türkiyə) hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası, aprelin 6-dan 17-dək Kəraçi şəhərində (Pakistan) kiçik zabitlər üçün taktika kursu, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək Rımniku-Vılça şəhərində (Rumıniya) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.

Tədbirlərdə  Silahlı Qüvvələrin nümayəndələri iştirak edəcəklər.