Hərbçilərimiz Demokratiya ilə bağlı seminarda iştirak edəcək

herbcilerimiz-demokratiya-ile-bagli-seminarda-istirak-edecek
Oxunma sayı: 669


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.

Tədbirlərdə Silahlı Qüvvələrin nümayəndələri iştirak edəcəklər.