Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başladılar - Fotolar

herbcilerimiz-tank-biatlonu-musabiqesinde-ilk-yarisa-basladilar
Oxunma sayı: 1041

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.