Hərbçilərimiz Türkiyədə kursa yola salındı - Video

Hərbçilərimiz Türkiyədə kursa yola salındı
Oxunma sayı: 1442

Azərbaycanla Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyətə Müdafiə nazirinin bayram təbriklərini çatdırıb.

Müdafiə nazirinin müavini Azərbaycanla Türkiyə arasında mövcud olan hərbi əməkdaşlığın əhəmiyyətini qeyd edərək komanda kursuna yollanan heyətə uğurlar arzulayıb.

Sonra Vətən Müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup hərbi qulluqçu və qaziyə Prezidentin müvafiq sərəncamı ilə təltif edilmiş orden və medallar təqdim olunub.