Hərbçilərimiz Türkiyədə təlimlərə başladı - Fotolar+Video

herbcilerimiz-turkiyede-telimlere-basladi
Oxunma sayı: 1534

Beynəlxalq “Anadolu qartalı – 2021” təlimləri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərdə Azərbaycan, Qətər, Pakistan və NATO qüvvələri iştirak edir.

Təlimlər bütün iştirakçıların bilik, bacarıq və təcrübələrinin mübadiləsi və birgə hərəkata yönəlik təlim səviyyələrinin yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, təlimlər Konyada keçirilir.

***

Müdafiə Nazirliyi də Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri barədə məlumat yayıb.

Bildirilib ki, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlim iyulun 3-dək davam edəcək.