Hərbçilərimiz Türkiyədə təlimlərə qatılacaq

herbcilerimiz-turkiyede-telimlere-qatilacaq
Oxunma sayı: 948

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin, aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin iki ədəd MiQ-29 qırıcı və iki ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.